Əsas məzmuna keç

Emmanuel Makron İrəvandan video paylaşdı - "Xoşbəxtəm"

Emmanuel Makron İrəvandan video paylaşdı - "Xoşbəxtəm"

Fransa lideri Emmanuel Macron İrəvanda Nikol Paşinyanla görüşdü. Avropa Siyasi Birliyi sammiti, strateji tərəfdaşlıq və Gümrü səfərinin detalları üçün daxil olun.

en ru

Fransa Prezidenti Makron İrəvanda gəzinti videosu paylaşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron hesablarında İrəvanda etdiyi gəzintini əks etdirən video paylaşıb və səmimi qarşılanmaya görə təşəkkür edib.

Məlumata görə, Makron paylaşımında “Yenidən Ermənistanda olduğum üçün çox . Belə səmimi qarşılama üçün təşəkkür edirəm. Sabah Avropa Siyasi Birliyinin sammitində daha suveren Avropa qurmağa davam edəcəyik. Daha sonra dostum, Nikol Paşinyan ilə birlikdə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirəcəyik” sözlərini yazıb.

Bildirilib ki, Fransa Prezidenti mayın 4-də İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak edib. O, mayın 3-ü axşam saatlarında Ermənistanın Nikol Paşinyanla birlikdə İrəvanın mərkəzində gəzintiyə çıxıb.

Qeyd olunub ki, Makronun Ermənistana dövlət səfəri mayın 5-də başlayacaq. Səfər çərçivəsində Paşinyanla təkbətək və geniş tərkibli görüşlərin keçirilməsi, sənədlərin imzalanması və birgə mətbuat açıqlamalarının verilməsi planlaşdırılır.

Məlumata görə, Fransa Prezidenti həmçinin Tsitsernakaberd Memorial Kompleksini ziyarət edərək erməni soyqırımı qurbanlarının xatirəsini yad edəcək, Matenadaranı ziyarət edəcək, daha sonra isə Gümrüyə səfər edərək 1988-ci il zəlzələsi qurbanlarının xatirəsini anacaq və “Musiqi Körpüsü: Ermənistan-Fransa” konsertində iştirak edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…