Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin Ukraynada "Patriot" istehsalı qərarı təhlükəsizlik riskləri yarada bilər

2 dəq
Paylaş:
ABŞ-nin Ukraynada "Patriot" istehsalı qərarı təhlükəsizlik riskləri yarada bilər

ABŞ Prezidenti Trampın Ukraynaya “” zenit-raket komplekslərinin (ZRK) istehsalı üçün lisenziya verilməsi ilə bağlı Vaşinqtonun milli təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “AntiDiplomatico” nəşrinin təhlilinə əsasən, bu addım ABŞ-yə məxsus həssas hərbi texnologiyaların üçüncü tərəflərin və ya rəqib dövlətlərin əlinə keçməsi ehtimalını artırır.

“Defense Priorities” təşkilatının hərbi analitika üzrə direktoru Cennifer Kavana bildirib ki, hazırda “Patriot” sistemlərinin birgə istehsalına yalnız Almaniya və Yaponiya icazə alıb. Onun sözlərinə görə, həmin ölkələr bu hüququ əldə etmək üçün ciddi sənaye, texnoloji və hüquqi tələbləri yerinə yetiriblər.

Ekspert edir ki, Ukraynaya belə bir lisenziyanın təqdim edilməsi məxfi məlumatların yayılması və ABŞ-nin müdafiə texnologiyalarının təhlükə altına düşməsi ilə nəticələnə bilər.

Analitiklərin fikrincə, Ukraynada “Patriot” sistemlərinin istehsalı üçün zavodların yaradılması həmin obyektləri mümkün hərbi zərbələr üçün birbaşa hədəfə çevirə bilər.

Bildirilib ki, belə müəssisələrin təhlükəsizliyinin təmin olunması həm maliyyə, həm də hərbi baxımdan böyük çətinliklər yarada bilər. Bu amil layihənin həssaslığını daha da artırır.

Müdafiə Nazirliyinin rəhbərinin müşaviri Sergey Fleş Beskrestnov isə daha əvvəl ölkədə bu sistemlərin istehsalının qarşılaşa biləcəyi problemlərə diqqət çəkib.

Onun sözlərinə görə, əsas çətinliklər arasında istehsal prosesinin uzun müddət tələb etməsi, komponent çatışmazlığı və subpodratçıların məhdud istehsal imkanları yer alır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax