Rəşad Sadıqov: "İlk hissəni daha inamlı oynadıq"

Rəşad Sadıqov: "İlk hissəni daha inamlı oynadıq"
06.08.2023 04:12
Aa
dəq

"Heç kim ilk oyunu səfərdə "Qarabağ"la qarşılaşmaq istməzdi. Əksinə, bizim üçün yaxşı alındı. Komandamız o qədər də ideal formada deyil, amma oyun bizim üçün uğurlu oldu". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadlıqov Misli Premyer Liqasının ilk turunda səfərdə "Qarbağ"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissəni daha inamlı oynadıq. İkinci hissədə "Qarabağ" dəyişiklik etdi və daha böyük qüvvə ilə irəli atıldı. Biz daha çox rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Futbolçularımıza təşəkkür edirəm ki, yaxşı mübarizə apardılar. Narahaqtlıq vardı ki, 60-70-ci dəqiqədən sonra fiziki cəhətdən çatdırmarıq. Amma futbolçularımız xarakter nümayiş etdirdirlər və sona qədər hesabı qoruya bildilər".

Həftənin ən çox oxunanları