"VAR-da gündə bir qərar çıxır" – Rəşad Sadıqov

"VAR-da gündə bir qərar çıxır" – Rəşad Sadıqov
01.02.2023 20:01
Aa
dəq

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (0:1) danışıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Oyun planlaşdırdığımız keçdi. Pressinq etmək əsas planlarımızdan biri idi. Oyun nəzarətimizdə keçdi. Korner rəqibin üstünlüklərindən biridir. Azlıqda qaldıqdan sonra da hücumlarımız oldu. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.

Əgər epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır. VAR-da gündə bir qərar çıxır. Bəlkə də belə qərar var, biz bilmirik? Bilmirəm. VAR-la bağlı çox suallar, qaydalar var.

Bu gün hər iki komandanın müəyyən potensialı var idi. Bizim hədəfimiz Konfrans Liqasına qatılmaqdır. “Qarabağ”, “Neftçi” böyük komandalardır. Əsas məqsəd dördlüyə qatılmaqdır. Biz risk etməyə məcburuq. Oyundan qabaq qələbəyə köklənmişdik. Amma olmadı. Dördüncü yeri qoruyub saxlamalıyıq. “Sumqayıt”la oyunda da, bu matçda da komandamdan razı qaldım. Balanslaşdırılmış oyun gedirdi. Korner vasitəsilə rəqib fərqləndi. Yolumuza davam edirik. Gələn il komandamız rəqabətə daha da hazırlıqlı olacaq. Üçlüyə düşmək asan deyil.

Ehtiyatsızlıq ucbatından qırmızı vərəqə aldıq. Bu epizod nizam-intizamla bağlı deyildi. Digər epizodlarda birə-bir mübarizə gedirdi. Bir çox oyunlarda azlıqda qalırıq. Bu məni üzür. Buna baxmayaraq, komandam bu hallarda da sona qədər mübarizə aparır.

Ofsayt epizodundan sonra nə üçün hakimin VAR-a çağırıldığını bilmirəm”.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu