Rəşad Sadıqov: "Bir xal bizim üçün pis nəticə sayılmır"

Rəşad Sadıqov: "Bir xal bizim üçün pis nəticə sayılmır"
01.04.2023 22:01
Aa
dəq

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (1:1) danışıb.

"Operativ Məlumat Mərkəzi - OMM"xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Çox hərəkətli oyun oldu. Dinamik matç keçdi. Baxımlı görüş izlədik. Çoxlu qol epizodları oldu. Oyuna daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik. Son oyunlarımız yaxşı alınırdı. Turnir cədvəlində də dördüncü yer uğrunda fərq azalıb. Bir xal bizim üçün pis nəticə sayılmır.

Ümumən götürsək, “Qarabağ”, “Sabah” və “Neftçi”yə qarşı oyunlarımız pis alınmayıb. “Qarabağ”a qarşı evdəki matçı yaxşı keçirtdik, avtoqolla uduzduq. Oyun planında problem olmur, amma son ötürmələrdə ciddi səhvlər olur. Bu gün keçirilən oyunda hesab 4:1 ola bilərdi, amma alınmadı. İvan Brkiç çox həlledici qurtarışlar etdi. Belə olduğu halda, səbirli olmaq lazımdır. Olanları normal qarşılayıram. Futbolçularımdan razı qaldım. Əksər futbolçular bizimlə oyunlarda uzun müddətdən sonra qollarını vururlar. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam, amma alınmır.

Mən futbolçularımın fiziki durumundan razıyam. Sıxıntımız yoxdur. Milli komandada sıxıntı problemi görünmür. “Qarabağ” 90 dəqiqə fiziki cəhətdən bütün Avropanı üstələyir. Bunlar sadəcə bəhanədir. Rəqiblər milli komandamızı üstələyir. Bəzi məqamlarda ilk hissələrdə biz üstün oluruq. Ümumən fasilədən sonra rəqiblər təzyiqi artırır. Arif Əsədov özü də savadlı adamdır.

Azərbaycan yığması haqda geniş şərh vermək istəmirəm. İndi məqamı deyil. Lakin heyət olaraq son illərin ən optimal heyətidir. İtkilər olduqda problemlər yaşanır. Sadəcə olaraq beynəlxalq arenada onların təcrübələri yoxdur. Oyunların gərginliyi elə bəsdir. Daima üst səviyyədə oynamalısan ki, uğur qazanasan. Mənə görə millinin indiki heyəti ən geniş heyətdir. Bəzən itkilər olur. Bunları nəzərə almaq lazımdır.

Oyundan-oyuna fərq olur. Ən ağır ilk 20-25 dəqiqə olur. Avstriya və İsveçlə oyunlara çox yaxşı başlamışdıq. Mənim bəzi fikirlərim var ki, onlar özümdə qalsa, yaxşıdır. Hər bir futbolçunu hər bir mövqedə oynada bilərsən.

Cəlal Hüseynovu sağ cinahda oynatmaram. Yoxlama oyunlarında bir dəfə oynatmışam, lakin çempionat oyunlarında həmin mövqedə oynatmaram”.

Rövşən Əlisoy 

Həftənin ən çox oxunanları

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
DAVAMIN OXU davamın oxu

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu