Operativ Məlumat Mərkəzi

Rəşad Nəbiyev Zaqatalada vətəndaşları qəbul edəcək

1 dəq
Paylaş:
Rəşad Nəbiyev Zaqatalada vətəndaşları qəbul edəcək
nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran...

Oktyabrın 9-da, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 7 oktyabr 2023-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər