Operativ Məlumat Mərkəzi

Rəşad Dağlıya yekun ittiham elan olunub - 9 ildən 14 ilə qədər həbs ediləcək

1 dəq
Paylaş:
Rəşad Dağlıya yekun ittiham elan olunub - 9 ildən 14 ilə qədər həbs ediləcək
Meyxanaçı Rəşad Dağlının qonşusunu öldürmə işi üzrə istintaq başa çatdı. Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər