Reklam çarxında xarici dildə mətn səsləndirən televiziyalara xəbərdarlıq edilib - SİYAHI

Reklam çarxında xarici dildə mətn səsləndirən televiziyalara xəbərdarlıq edilib - SİYAHI
27.07.2023 11:09
Aa
dəq

Reklam çarxında xarici dildə mətnin səsləndirilməsi ilə bağlı bəzi televiziya yayımçılarına xəbərdarlıq edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Audiovizual Şuradan məlumt verilib.

Bildirilib ki, iyulun 27-də Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda Şuranın monitorinq qrupunun televiziya redaksiyalarının efirində qeydə aldığı qanun pozuntuları müzakirə olunub.

Qeyd olunub ki, son günlərdə "ARB", "ATV", "Space TV", "Xəzər TV" televiziya redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi qeydə alınmışdır. Bildiririk ki, həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, "Media haqqında" Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin, habelə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinə əsasən "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə həmin reklam çarxının nümayiş olunmasını tələb edir.

Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiylar tətbiq olunacaqdır.

Həftənin ən çox oxunanları

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb
DAVAMIN OXU davamın oxu

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib
DAVAMIN OXU davamın oxu

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
DAVAMIN OXU davamın oxu

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu