Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də rekord qar yağışı: 5 mindən çox aviareys ləğv edilib

2 dəq
Paylaş:
ABŞ-də rekord qar yağışı: 5 mindən çox aviareys ləğv edilib

Rod-Aylend və Massaçusets ştatlarının bəzi bölgələrində örtüyünün hündürlüyü 94 santimetrə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə -nin Milli Hava Proqnozları məlumat yayıb.

Nyu-Yorkun məşhur "Central Park" ərazisində 48 santimetrdən çox qar ölçüldüyü halda, Rod-Aylendin paytaxtı Providens şəhəri 91 santimetrlik göstərici ilə 1978-ci ildən bəri ən yüksək yağıntı rekordunu yeniləyib.

Güclü fırtına infrastrukturda ciddi fəsadlar törədib. Nyu-York, Nyu-Cersi və Massaçusets başda olmaqla, ölkənin sahilində 600 mindən çox ev və iş yeri işıqsız qalıb.

Massaçusets qubernatoru Maura Healey ştatın cənub-şərqində zəruri olmayan bütün hərəkətlərə qadağa qoyub və magistral yollarda sürət həddini saatda 25 kilometrə endirib.

Nyu-Yorkda tətbiq edilən səyahət qadağası isə meqapolisi sanki xəyalət şəhərə çevirib. Bənzər məhdudiyyətlər Rod-Aylend və Konnektikut ştatlarında da qüvvəyə minib.

Hava nəqliyyatı fırtınadan ən çox zərər çəkən sahə olub. "FlightAware" portalının məlumatına görə, ABŞ ilə əlaqəli 5 706 uçuş tamamilə edilib.

Nyu-Yorkun "LaGuardia" hava limanında reyslərin 98%-i təxirə salınıb; "JFK" hava limanında uçuşların 91%-i reallaşmayıb. Bostonun "Logan International Airport" limanında isə reyslərin 92%-i ləğv olunub.

Sinoptiklər əlverişsiz hava şəraitinin davam edəcəyini və növbəti günlərdə də minlərlə uçuşun təxirə salınacağını proqnozlaşdırırlar. Hazırda bölgədə qarın təmizlənməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax