Operativ Məlumat Mərkəzi

Rəcəb Tayyib Ərdoğanın ABŞ-də Nikol Paşinyanla görüşü planlaşdırılır

1 dəq
Paylaş:
Rəcəb Tayyib Ərdoğanın ABŞ-də Nikol Paşinyanla görüşü planlaşdırılır
bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşürlər....

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-nin Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşürlər.

Bildirilib ki, Nikol Paşinyan sentyabrın 22-də Nyu-Yorka səfərə gedib.

Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər