Operativ Məlumat Mərkəzi

"Real"ın sabiq yarımmüdafiəçisi "Barselona"ya keçə bilər

1 dəq
Paylaş:
"Real"ın sabiq yarımmüdafiəçisi "Barselona"ya keçə bilər
“Barselona” 31 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır. Xatırladaq ki, yarımmüdafiəçi 2013-2022-ci illərdə "Real Madrid"də çıxış edib. İspaniya...

"Real Madrid"in keçmiş yarımmüdafiəçisi və hazırda "Real Betis"də çıxış edən İsko top kluba qayıda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Todofichajes"-ə istinadən xəbər verir ki, “Barselona” 31 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.

Xatırladaq ki, yarımmüdafiəçi 2013-2022-ci illərdə "Real Madrid"də çıxış edib.

İspaniya çempionatının cari mövsümündə İsko 14 oyun keçirib. Yarımmüdafiəçi iki qol vurub və iki məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər