"Real Madrid"in 22 yaşlı hücumçusu Qonsalo Qarsiya yaxın aylarda klubunu dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçunun transfer bazarına çıxarılması ilə bağlı xəbərlər bir müddətdir ki, idman mediasının gündəmindədir.
Perspektivli forvardı heyətinə qatmaq istəyən klublar arasında hazırda "Real Sosyedad" rəqiblərini qabaqlayır.
Madrid təmsilçisi futbolçunun satışından kifayət qədər yüksək gəlir əldə etməyi hədəfləyir.
Transfer bazarında dəyəri 30 milyon avro olaraq qiymətləndirilən Qarsiya, ötən mövsüm əsasən ehtiyat oyunçular skamyasında yer almasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərib.
O, "Real Madrid"in heyətində meydana çıxdığı 39 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.