“Real Madrid” Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsi ilə bağlı müayinənin nəticəsini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun sol dizinin arxa kapsulunda hiperekstenziya aşkarlanıb.
Mbappenin durumuna nəzarət ediləcək
“Real” hücumçunun bərpa müddətini açıqlamayıb. Futbolçunun vəziyyətinin dinamikada izləniləcəyi bildirilib.
Madrid təmsilçisi hazırda La Liqanın turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 6 xal geri qalır.
“Real”ın növbəti oyunu
“Real Madrid” İspaniya çempionatında növbəti matçını oktyabrın 10-da evdə “Vilyarreal”a qarşı keçirəcək.