İspaniyanın "Real Madrid" klubu heyətini gücləndirmək üçün "Bavariya"nın fransalı vingeri Maykl Olise ilə maraqlanmağa davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu transferi reallaşdırmaqda qərarlıdır.
"Real Madrid"in prezidenti Florentino Peres və komandanın yeni baş məşqçisi Joze Mourinyo hesab edirlər ki, Olise klubun gələcək layihələrində mərkəzi fiqur olacaq.
Hətta bu barədə futbolçuya da məlumat verildiyi bildirilir. İddialara görə, "kral klubu" bu transfer üçün azı 150 milyon avro təklif etməyə hazırlaşır, lakin zərurət yaranarsa, bu rəqəmin 200 milyon avroya çatdırılması da istisna edilmir.
Digər tərəfdən, "Bavariya" rəhbərliyi 24 yaşlı futbolçunu komandanın əvəzolunmaz üzvü hesab edir.
Münhen təmsilçisi Olise ilə müqavilənin müddətini 2031-ci ilə qədər uzatmaq niyyətindədir.
Qeyd edək ki, ötən mövsüm ərzində Olise bütün turnirlərdə 52 matçda iştirak edərək 22 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.