Almaniyanın "Bayer" klubunda çıxış edən müdafiəçi Pyero İnkapi gələn yay klubunu dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb.
Məlumata görə, 23 yaşlı futbolçu ilə "Real" maraqlanır.
Xatırladaq ki, yaxın vaxtlarda "Bayer"in baş məşqçisi Xabi Alonso Madrid qrandının sükanı arxasında Karlo Ançelottini əvəz edəcək.
İnkapi bu mövsüm 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.