Əsas məzmuna keç

Rayonlarda yağış yağdı: Son hava məlumatı

Rayonlarda yağış yağdı: Son hava məlumatı

Ekologiya Nazirliyinin açıqlamasına görə, Quba, Qusar və Şamaxıda qeydə alınan yağıntılar temperaturun kəskin düşməsinə səbəb olub. Görəsən, hava nə vaxt açacaq?

en ru

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıb, şimşək çaxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ölkə ərazisində əsasən yağmursuz keçib.

Rayonlarda düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, , Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir.

Hazırda Bakı və yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…