Operativ Məlumat Mərkəzi

Rayon maşınlarının Bakıya girişi QADAĞAN EDİLİR? - AÇIQLAMA

1 dəq
Paylaş:
Rayon maşınlarının Bakıya girişi QADAĞAN EDİLİR? - AÇIQLAMA
bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi günlərdə Azərbaycanın bölgələrindən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O qeyd edib ki, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq: "Ola bilər ki, tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurulsun və məhdudiyyətlər tətbiq olunsun. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər