Əsas məzmuna keç

Rasim Balayevlə vida mərasimi keçirilir

Rasim Balayevlə vida mərasimi keçirilir

Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayev son mənzilə yola salınır. Dövlət rəsmiləri və sənətsevərlərin qatıldığı matəm mərasimindən təfərrüatlar...

en ru

Dövlət Milli Dram Teatrında yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Balayevlə vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına İlham Əliyev, Birinci vitse-prezident , dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını verirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…