ABŞ və İsrailin İrana qarşı əməliyyatı martın 21-dək başa çata bilər.
“Operativ Məlumat Mərkəzi-OMM”-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Silahlı Qüvvələri Ali Baş Komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi bildirib.
"Düşünürəm ki, bu müharibə Novruz bayramınadək bitəcək. Fikrimcə, əgər biz əməliyyatların fasiləsizliyini təmin etsək, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirməyəcək və onu uzun müddət davam etdirə bilməyəcək", - ISNA agentliyi onun sözlərindən sitat gətirib.