Aprelin 14-də Azərbaycanda havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var, lakin gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı ehtimalı var, lakin axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Dağlarda isə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta qeydə alınacaq.