Əsas məzmuna keç

Balakən və Şəkidə yağıntılar intensivləşdi

Balakən və Şəkidə yağıntılar intensivləşdi

Zaqatala və Qaxda leysan, Şahdağda 90 sm qar! ETSN Bakıda güclü külək, bölgələrdə duman və görünüşün məhdudlaşması barədə xəbərdarlıq edir. Hava kəskin dəyişdi:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda faktiki ilə bağlı ən son məlumatlar açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin 13 aprel saat 10:00-a olan hesabatına əsasən, ölkə ərazisində qeyri-sabit hava davam edir; bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır. Xüsusilə Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü Şahdağda 90 sm, Zaqatalada (Əlibəy) 27 sm və Qrızda 10 sm təşkil edib. Digər bölgələrdə — Daşkəsən və Xınalıqda 8 sm, Gədəbəydə 5 sm, Qax (Sarıbaş) və Qusarda (Laza) 4 sm, Kəlbəcərdə 3 sm, Laçında 2 sm, Şuşa və Xankəndidə isə 1 sm qar qeydə alınıb.

Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38 mm, 32 mm, Şəkidə 31 mm, Mingəçevirdə 23 mm, Yevlaxda 19 mm, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Goranboyda 15 mm və Naftalanda 14 mm olub. Həmçinin Şahbuz və Ağdamda 9 mm, Qusar və Göyçayda 8 mm, Tərtərdə 7 mm, Culfada 6 mm, Bərdə və Ordubadda 5 mm, Lənkəran, Quba, Şərurda 4 mm, Ağstafa və Zərdabda 3 mm düşüb.

Qalan ərazilərdə — Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2 mm, Naxçıvan, Gəncə, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı və Füzulidə isə 1 mm-dək yağıntı müşahidə edilib.

Ölkə ərazisində güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və yarımadasında 28 m/s-dək, Mingəçevirdə 22 m/s, Yevlaxda isə 21 m/s-dək güclənib.

Bəzi bölgələrdə, o cümlədən Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, və Lerikdə duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Tutqun 26° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…