Əsas məzmuna keç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti avqustun 30-dək davam edəcək güclü atmosfer hadisələri barədə xəbərdarlıq etdi. Bakı və bölgələrdə sürətli küləkdən qorunun.

en ru

Milli Hidrometeorologiya Xidməti avqustun 27-30-da Bakıda və yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə xidmətdən bildirilib.

Qeyd olunub ki, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metr təşkil edəcək.

Hava proqnozu

24° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…