Əsas məzmuna keç

Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA

Ekologiya Nazirliyinin məlumatına görə, Qəbələ və Şamaxıda yağıntılı hava şəraiti müşahidə olunub. Bəs yaxın günlərdə temperatur necə dəyişəcək? Təfərrüat:

en ru

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi və dağətəyi rayonlarda qısamüddətli xarakterli yağıb, şimşək çaxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.

Qusar, Göygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…