Operativ Məlumat Mərkəzi

Quterreş: Ramazan ayının başlamasına baxmayaraq Qəzzada qətliam davam edir

1 dəq
Paylaş:
Quterreş: Ramazan ayının başlamasına baxmayaraq Qəzzada qətliam davam edir
dünya müsəlmanlarının sülh, uzlaşma və həmrəylik dəyərlərini qeyd etdiyi və yaydığı Ramazan ayının başladığını bildirən Quterreş, Ramazan ayının...

Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünya müsəlmanlarının sülh, uzlaşma və həmrəylik dəyərlərini qeyd etdiyi və yaydığı Ramazan ayının başladığını bildirən Quterreş, Ramazan ayının başlamasına baxmayaraq Qəzzada qətllər, bombardmanlar və qırğınların davam etdiyini bildirib.

Qəzzadakı qarşıdurmanın 6-cı ayına qədəm qoyduğunu xatırladan Quterreş, “Bu gün mən Ramazan ayına uyğun olaraq silahları susdurmağa və həyat qurtaran yardımı lazımi səviyyədə çatdırmaq üçün bütün maneələri aradan qaldırmağa güclü çağırış edirəm".

Quterreş bütün əsirlərin azad edilməsini də tələb edərək, "Dünyanın gözü bizdədir. Tarixin gözü bizdədir. Başımızı başqa tərəfə çevirə bilmərik. Qarşısı alına bilən ölümlərin qarşısını almaq üçün hərəkətə keçməliyik", - deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər