Operativ Məlumat Mərkəzi

Quterreş: “Qəzzalılar kabus içində yaşayırlar”

2 dəq
Paylaş:
Quterreş: “Qəzzalılar kabus içində yaşayırlar”

Quterreş BMT-də Qadının Statusu Komissiyasının fəaliyyəti çərçivəsində qeyri-hökumət təşkilatları ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünyada qadınların hüquqlarına hücum edildiyini, onların cəmiyyətdəki məkanının daraldığını, qadın hüquq müdafiəçilərinin təhdidlərlə üzləşdiyini qeyd edən Quterreş artan münaqişələrin qadın və qızlar üzərində dəhşətli təsirinə diqqət çəkib.

Qəzzada öldürülənlərin üçdə ikisinin qadın və uşaq olduğunu bildirən Quterreş, "Qəzza xalqı kabus içində yaşayır",- deyə bildirib.

Mülki şəxslərin hədəfə alınmasının və onları müdafiə etməməyin beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu vurğulayan Quterreş münaqişələrdə cinsi zorakılıq tətbiqlərini də pisləyib.

İsrail ordusunun 159 gündür hücumlarını davam etdirdiyi və məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alması nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar fəlakət yaşanır.

Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır, xəstəxanaların çoxunun xidmət göstərmədiyi, çatışmazlıqlar var.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 272 fələstinli həlak olub, 73 min 24 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər