Qurban Qurbanov: Uğurlarımızın davamını gətirmək üçün daha məsuliyyətli olmalıyıq

Qurban Qurbanov: Uğurlarımızın davamını gətirmək üçün daha məsuliyyətli olmalıyıq
29.03.2024 22:24
Aa
dəq

Futbolçularımı yaxşı mübarizəyə görə təbrik edirəm. Belə uğurlar onların peşəkarlığını daha da artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu matçın nəticəsi onları arxayınlaşdırmamalıdır: "İlboyu yaxşı formada qalmaq istəyiriksə, daim çalışmalıyıq. Futbol elə bir idman növüdür ki, hər zaman dəyişikliklər olur. Bir il çempion olan komanda, növbəti il buna nail ola bilmir. Biz də uğurlarımızın davamını gətirmək üçün daha məsuliyyətli və diqqətli olmalıyıq".

Baş məşqçi hazırkı heyətin səviyyəsini daha da artırmaq üçün çalışacaqlarını vurğulayıb: "Heyəti qoruyub saxlamaq çətin olur. Düzdür, bəzən futbolçularımızla bağlı elə təkliflər olub ki, biz buna "yox" deyə bilməmişik. İnanıram ki, bu dəfə də düzgün qərarlar verəcəyik".

Q.Qurbanov öncəki görüşlərdə birbaşa qırmızı kart alaraq meydandan qovulan Elvin Cəfərquliyevin hərəkətlərinə münasibət bildirib: "Xoşlamıram ki, kimsə futbolçularımı intizamsızlıqla günahlandırsın. Düzdür, Elvində aqressivlik var. Bu onun yaşından irəli gəlir. Ancaq bu, futboldur. Hər kəs səhv edə bilər. Ona görə oyunçumu günahlandırmaq istəmirəm".

Qeyd edək ki, xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu