Qurban Qurbanov istefa verir?

Qurban Qurbanov istefa verir?
25.10.2024 11:57
Aa
dəq

Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks” 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır”.

Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…

– Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.

Həftənin ən çox oxunanları