Qurban Qurbanov: "İstədiyimiz formada deyilik"

Qurban Qurbanov: "İstədiyimiz formada deyilik"
31.01.2023 18:35
Aa
dəq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Vacib 3 xal qazandıq. Amma istədiyimiz idman formasında deyilik. İstərdim ki, futbolçular topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynadıq. Komandam diqqətli çıxış etdi. Sadəcə, son qolda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. Futbolçularımı təbrik edirəm”.

O, hələlik komandasını Avropa Konfrans Liqasının pley-offunda qarşılaşacağı Belçika “Gent”i ilə oyunlara hazır hesab etmədiyini söyləyib:

“Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik”.

Mütəxəssis qapıçı transferi ilə bağlı məsələyə də toxunub:

“Fevralın 2-dək sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlaşdırmağa çalışacağıq”.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu