Əsas məzmuna keç

Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib

Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan məlumat verilib.

Hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla çıxarılaraq vətəndaşlara müvafiq göstərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#köməklik
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…