Əsas məzmuna keç

Qubada 67 yaşlı qadına qarşı soyğunçuluq edilib

Qubada 67 yaşlı qadına qarşı soyğunçuluq edilib

Qubada 67 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Qubada 67 yaşlı qadına qarşı edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də rayon ərazisində yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Quba Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Məstanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…