Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu həftə Rusiyaya səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verirki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, Qrossinin bu həftə sonuna səfəri gözlənilir.
Qeyd edək ki, Qrossi həmçinin BMT-nin baş katibi vəzifəsinə namizəddir.
BMT Baş katibi vəzifəsinə namizədlər üçün dinləmələr 20 apreldə başlayacaq.
Xatırladaq ki, namizədlərin irəli sürülməsi prosesi 2025-ci ilin noyabr ayında başlayıb. Hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.