Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nüvə proqramını müzakirə etmək üçün aprelin sonuna qədər Tehrana səfər edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, TASS-a müsahibə verib.
"Gələcək həftələrdə baş tutacaq bir tarixi səfəri nəzərdən keçiririk", - deyə o bildirib.
Qrossinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın son bəyanatları yalnız razılaşmanın əldə olunmasının zəruriliyini sübut edir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla saziş imzalamaması halında İranı bombardmanlarla və əlavə rüsumlarla hədələmişdi.