Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qlobal mənzil böhranı sistemli problemdir

2 dəq
Paylaş:
Qlobal mənzil böhranı sistemli problemdir

Bu gün dünyada təxminən 3 milyard insan qeyri-adekvat şəraitində yaşayır. 1 milyarddan çox insan gecəqondularda məskunlaşıb, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üz-üzədir. Bu, artıq təcrid olunmuş bir problem deyil, sistemli və böhrandır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu -nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.

O bildirib ki, müasir şəhərlərin üzləşdiyi çağırışlar bir-birindən ayrı deyil və dərin struktur problemlərini ortaya qoyur. İcraçı direktorun sözlərinə görə, məsələ yalnız yaşayış məkanlarının çatışmazlığı ilə məhdudlaşmır, burada eyni zamanda inklüzivlik, imkanlar və insan ləyaqəti məsələləri də mühüm yer tutur.

Anaklaudia Rossbax qeyd edib ki, yaşayış məkanları infrastruktur məsələsi olsa da, onların düzgün idarə olunması və maliyyələşdirilməsi hökumətlərin və tərəfdaşların birgə məsuliyyətidir.

“Yaşayış məkanları fundamental insan hüququdur və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vaxt məhduddur”, – deyə o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax