Əsas məzmuna keç

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu...

Qış Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu istiqaməti ilə ən böyük bucaq gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 21° 19° yağış 39%
  2. Sabah Günəşli 22° 19°
  3. Birigün Tutqun 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…