Operativ Məlumat Mərkəzi

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

1 dəq
Paylaş:
Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb
Fevral ayında hücuma məruz qalan “Rubymar” quru yük gəmisi Qırmızı dənizdə batıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Al...

Fevral ayında hücuma məruz qalan “Rubymar” quru yük gəmisi Qırmızı dənizdə batıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı Yəmən hökumətinin bəyanatına istinadla məlumat yayıb. Yəmənin “Saba” dövlət agentliyinin məlumatına görə, “Rubymar”da vəziyyətin monitorinqi ilə məşğul olan böhran qrupu elan edib ki, gəmi martın 1-də axşam batıb. Buna əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəb göstərilir.

Fevralın 19-da Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə husilərin zərbə endirdiyi, nəticədə gəminin ciddi zərər çəkdiyi barədə xəbər verilmişdi.

Buna qədər üsyançı husilər Qırmızı dənizdə və Ədən körfəzində iki ticarət gəmisinə 6 raket zərbəsi endiriblər, gəmilərdən biri zərər çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər