Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda şəhərindən 70 dəniz mili cənub-qərbində Qırmızı dənizdə insident qeydə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, müvafiq məlumat mərkəzin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Məlumata görə, gəmiyə naməlum tipli mərmi düşüb, nəticədə gəmi zədələnib. Ekipaj üzvlərindən heç birinin xəsarət almadığı qeyd edilir.
Gəminin adı açıqlanmır.