Əsas məzmuna keç

Qırğızıstanda neft bazasında çən partlayıb, 4 nəfər xəsarət alıb

Qırğızıstanda neft bazasında çən partlayıb, 4 nəfər xəsarət alıb

bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yaralananların hamısının müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sokuluk rayon...

Qırğızıstanın paytaxtı Bişkekə yaxın Şopokov şəhəri stansiyasının yaxınlığındakı bazasında çən partlaması nəticəsində 4 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaralananların hamısının müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sokuluk rayon Ümumi Tibbi Təcrübə Mərkəzinə yerləşdirildiyi bildirilib. Onlardan birinin vəziyyəti ağırdır, reanimasiya şöbəsindədir. Digərləri isə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə baş verən ərazidə cərrah və travmatoloqlardan ibarət 3 təcili yardım briqadası çalışır.

Yanğının söndürülməsi üçün 8 yanğınsöndürmə briqada cəlb edilib. “Qırğızıstan dəmir yollları”na məxsus yanğınsöndürmə qatarı da onlara qoşulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…