Operativ Məlumat Mərkəzi

Qırğızıstanda dövlət çevrilişinə cəhd olub

2 dəq
Paylaş:
Qırğızıstanda dövlət çevrilişinə cəhd olub

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirib. 4 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi - OMM xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qazaxıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alındığını açıqlayıb.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin verdiyi yazılı açıqlamada qeyd olunub ki, “Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində ələ keçirməyi planlaşdıran təxribat qrupunun fəaliyyəti zorakılıq yolu ilə hakimiyyətin ələ keçirilməsi və ölkədə ictimai-siyasi vəziyyəti pozan kütləvi tədbirlər təşkil edilərək vətəndaşların ölümünə səbəb olan hadisələrin qarşısı alınıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər