Operativ Məlumat Mərkəzi

Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası ilə bağlı müəyyən razılığa gəliblər

1 dəq
Paylaş:
Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası ilə bağlı müəyyən razılığa gəliblər
bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Soqd...

Qırğızıstan və Tacikistan dövlət sərhədlərinin daha 24 kilometrinin delimitasiyası ilə bağlı razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Soqd vilayətinin Buston şəhərində keçirilib.

“Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb”, - Nazirlər Kabinetindən bildirilib.

Sənədə əsasən, Qırğızıstanın Tacikistan ərazisində olan və istifadə etdiyi obyektlərə çıxışı olacaq, lakin torpaqlar Tacikistanda qalacaq. Eyni zamanda, Tacikistan Qırğızıstan ərazisində istifadə etdiyi obyektlərə çıxış əldə edəcək və bu ərazilər də Qırğızıstanda qalacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər