Əsas məzmuna keç

Qırğızıstan Təhlükəsizlik Şurası Mərkəzi Asiya ölkələri üçün təhlükələri sıralayıb

Qırğızıstan Təhlükəsizlik Şurası Mərkəzi Asiya ölkələri üçün təhlükələri sıralayıb

bu barədə Qırğızıstanın dövlət xəbər agentliyi “Kabar” məlumat yayıb. İmankulov bildirib ki, birinci təhlükə qlobal güclərin “ölkəni parçalamaq məqsədi...

Respublikasının Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, Mərkəzi ölkələri etnik və dinlərarası münaqişələr, eləcə də tarixi yenidən yazmaq cəhdləri kimi təhlükəsizlik təhdidləri ilə üz-üzədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət xəbər agentliyi “Kabar” məlumat yayıb.

İmankulov bildirib ki, birinci təhlükə qlobal güclərin “ölkəni parçalamaq məqsədi ilə millətlərarası münaqişəyə başlamaq” cəhdidir. O xatırladıb ki, belə hallar Qırğızıstanda 1990-2010-cu illərdə baş verib.

"Bu, genişmiqyaslı vətəndaş müharibəsi təhlükəsi yaradır", - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

O, ikinci təhlükəni pis niyyətli şəxslər tərəfindən törədilən dinlərarası münaqişələr kimi qiymətləndirib və “parçala, hökm sür” prinsipi ilə öz dəyərlərini xalqa sırımağa çalışıb. İmankulov bu iki növ münaqişənin təhlükəli olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…