İsrail-HƏMAS müharibəsindən əziyyət çəkən Qəzza zolağına humanitar yardım daşıyan ilk gəmi yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, içərisində təxminən 200 ton ərzaq olan gəmi səhər saatlarında Kiprin Larnaka limanını tərk edib.
İspaniyanın “Open Arms” xeyriyyə təşkilatına məxsus olan gəminin Qəzza sahillərinə çatması 2 gün çəkəcək.
Missiyanın məqsədi qıtlığın astanasında olan Qəzza əhalisinə su yolu ilə humanitar yardımın çatdırılmasıdır.
Avropa komissiyasının rəhbəri Ursula Fon Der Lyayen bu addıma görə Kipr prezidentinə təşəkkür edib.
Bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edən Lyayen, fələstinlilərə yardımın çatdırılması üçün lazım olan hər şeyi edəcəklərini bildirib.
BMT-nin hesabatına əsasən, Qəzza zolağında hazırda 576 mindən çox insan aclıqdan əziyyət çəkir.
20-dən çox uşaq adıçəkilən bölgədə hökm sürən aclıq və susuzluğun qurbanı olub.