Operativ Məlumat Mərkəzi

Qəzzaya havadan atılan yardımın paraşütləri açılmayıb

1 dəq
Paylaş:
Qəzzaya havadan atılan yardımın paraşütləri açılmayıb
bu barədə Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal yazılı açıqlama verib. Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup...

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlər açılmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal yazılı açıqlama verib.

Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Mətbuat katibi Basal ölən və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə heç bir məlumat verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər