Operativ Məlumat Mərkəzi

"Qəzzada yeganə həll yolu İsrailin tam şəkildə geri çəkilməsidir"

2 dəq
Paylaş:
"Qəzzada yeganə həll yolu İsrailin tam şəkildə geri çəkilməsidir"
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Mahmud Abbas İordaniyanın paytaxtı Ammanda yerləşən evində Toni Bleyrlə Fələstindəkı son...

Fələstin Dövlət Başçısı Mahmud Abbas, sabiq Böyük Britaniya Baş naziri Toni Bleyrlə görüşü zamanı bildirib ki, İsrailin Qəzza zolağında işğal etdiyi ərazilərdən geri çəkilməsi yeganə həll yoludur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Mahmud Abbas İordaniyanın paytaxtı Ammanda yerləşən evində Toni Bleyrlə Fələstindəkı son hadisələri müzakirə edib.

"Təcili olaraq atəşkəs əldə olunmalı, bütün israilli əsirlər və fələstinli məhbuslar azad edilməli, həmçinin Qəzza zolağına təcili humanitar yardım çatdırılmalıdır. Qəzzada yeganə həll yolu İsrailin tam şəkildə geri çəkilməsidir. Fələstin dövləti beynəlxalq ictimaiyyətin dəstəyi ilə bölgənin bütün məsuliyyətini üzərinə götürməlidir. HƏMAS siyasi fəaliyyətlərini Fələstin Azadlıq Təşkilatının siyasi proqramına, beynəlxalq proqramlara və beynəlxalq legitimliyə uyğun şəkildə həyata keçirməlidir", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər