Operativ Məlumat Mərkəzi

Qəzzada quru əməliyyatı nəticəsində İsrail ordusunun itkiləri 69-a çatıb

1 dəq
Paylaş:
Qəzzada quru əməliyyatı nəticəsində İsrail ordusunun itkiləri 69-a çatıb
bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Son 24 saat ərzində Qəzza zolağının şimalında bir İsrail hərbçisi ölüb, digəri isə ağır...

Oktyabrın 27-də quru əməliyyatı başlayandan bəri Qəzza zolağında HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 69 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Son 24 saat ərzində Qəzza zolağının şimalında bir İsrail hərbçisi ölüb, digəri isə ağır yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrail ordusunun ümumi itkiləri 390 nəfərə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər