Əsas məzmuna keç

Qəzzada ölənlərin sayı 38 min 295-ə çatıb

Qəzzada ölənlərin sayı 38 min 295-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 52 nəfər artaraq 38 min 295 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 208 fələstinlinin yaralandığı bildirilib. Bununla yaralıların sayının isə 88 min 241-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə bilmədiyi də təkrarlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…