Əsas məzmuna keç

Qəzzada ölənlərin sayı 37 min 396-ya yüksəlib

Qəzzada ölənlərin sayı 37 min 396-ya yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 24 nəfər artaraq 37 min 396-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusunun son ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi, bu hücumlarda daha 71 fələstinlinin isə yaralandığı bildirilib. Bununla da İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralalanların sayı isə 85 min 523-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə bilmədiyi də təkrarlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…