İsrailin Qəzzaya hücumlarında can itkisi 37 min 164-ə, yaralıların sayı isə 84 min 832-yə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi qeyd edilib.