Əsas məzmuna keç

Qəzzada ölənlərin sayı 34 min 904-ə yüksəlib

Qəzzada ölənlərin sayı 34 min 904-ə yüksəlib

açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, hücumlarda daha 60 fələstinlinin...

Fələstin Səhiyyə Nazirliyinin açıqlamada İsrailin 216 gündür zolağına hücumları ilə bağlı məlumat verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə hücumlarda 4 qırğın törətdiyi, hücumlarda daha 60 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada İsrailin 7 oktyabrdan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 34 min 904-ə, yaralıların sayının isə 78 min 514-ə yüksəldiyi qeyd olunub.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…