İsrailin 7 oktyabr 2023-cü ildən bəri bombardmanlarına məruz qalan Qəzzada can itkisi 33 970-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyi, 106 fələstinlinin isə yaralandığı bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Qəzzada ölənlərin sayı 33 970-ə yüksəlib
1 dəq