Əsas məzmuna keç

“Qəzzada münaqişə böyüyə bilər”

“Qəzzada münaqişə böyüyə bilər”

bu fikirləri İsrail ordusunun üzvü, polkovnik-leytenant Peter Kolonel səsləndirib. Müharibədə mülki şəxslərin ölümünü faciə adlandıran...

Qəzzada münaqişə böyüyə bilər və İsrailin müdafiə qüvvələri bununla bağlı müəyyən hazırlıqlar görür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İsrail ordusunun üzvü, polkovnik-leytenant Peter Kolonel səsləndirib.

Müharibədə mülki şəxslərin faciə adlandıran polkovnik-leytenant qeyd edib ki, artıq paradiqmanı dəyişmək vaxtıdır.

“ İsrail xalqına qarşı ən dağıdıcı hücuma səbəb oldu. Fikrimizcə mülki şəxslər qorunmalıdır. Biz bunu nəzərə alaraq silahlı münaqişə qanunlarına uyğun şəkildə əməliyyatları davam etdiririk. Buna görə də mülkilərin Həmas-ın fəaliyyət göstərdiyi bölgələrdən təxliyə edilməsini xahiş edirik” – deyə Kolonel bildirib.

Qeyd edək ki, İsrail-HƏMAS müharibəsi terrorçuların İsrail ərazisinə hücum edərək 1200-dən çox şəxsi qətlə yetirməsi və 240 nəfəri girov götürməsindən sonra başlayıb.

İsrailin həyata keçirdiyi cavab əməliyyatları zamanı 21 mindən çox insan həlak olub.

Rəsmi Təl-Əviv girovların geri qaytarılacağına və HƏMAS-ın məhv ediləcəyinə söz verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…